Estoniyanın elektrik stansiyasındakı yanğın bir neçə şəhəri işıqsız qoyub

  • 22:00 - 19 May

Estoniyanın Baltik elektrik stansiyasında baş verən yanğın nəticəsində Narva, Narva-Yıessu və Sillamae şəhərləri işıqsız və susuz qalıb.


Yanğın səbəbləri stansiyaya rəhbərliyi tərəfindən araşdırılmağa başlanılıb. Yanğınsöndürmə qurumunun rəsmi məlumatında isə bildirilir ki, hadisə zamanı yaxınlıqda yerləşən yarımstansiyalara və yaşayış evlərinə ziyan dəyməyib.


Oxunma sayı: 3564

Oxşar yazılar