Köçəryan təcridxanadan çıxdı, ölkə qarışdı

  • 21:30 - 19 May

Məhkəmənin eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma “prezidentlərinin” müraciəti əsasında zaminə buraxması Ermənistanda siyasi vəziyyəti gərginləşdirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Köçəryanın həbsdən çıxmasını bayram edən tərəfdarları küçələrə çıxaraq yürüş ediblər. Polis onları müşaiyət edib, amma yürüşə müdaxilə olunmayıb.

Eləcə də Köçəryanın əleyhdarları küçələrə çıxıblar və onun yenidən həbs olunmasını tələb ediblər. Onlar hədələyiblər ki, əgər Baş prokurorluq qərardan protest verməsə və Köçəryan yenidən həbs olunmasa ölkə boyu itaətsizlik aksiyalarına başlayacaqlar.

 

Yerevanın Azadlıq meydanına toplaşan minə yaxın aksiyaçı oradan Baş prokurorluğun qarşısına yürüş edib və yenidən meydana geri dönüblər. Fəallardan Artur Movsisyan deyib ki, Köçəryanın azad olunması Ermənistanda məhkəmə sisteminin dəyişmədiyini göstərir. O, məhkəmənin qərarını baş nazir Nikol Paşinyana qarşı “sabotaj aktı”  adlandırıb.

“Bu onu göstərir ki, keçmiş siyasi elita hələ də məhkəmə sisteminə təsir edə bilir”-Movsisyan deyib. Əlavə edib ki, bu gün mayın 19-da saat 18.00-da Azadlıq Meydanında keçmiş prezidentin yenidən həbs olunması tələbi ilə mitinq keçiriləcək.

Prokurorluq isə məhkəmənin Köçəryanı zaminə buraxmaq qərarından protest verəcəyini açıqlayıb. Prokuror Petros Petrosyan deyib ki, ittiham tərəfi həbs qətimkan tədbirində isrralıdır, çünki Köçəryan azadlıqda istintaqın gedişinə təsir edə bilər.

Köçəryanın vəkili Ayk Alumyan isə deyib ki, onun zaminə buraxılması qərarından protest verilməsi qanuni deyil və eks-prezident bütün məhkəmə prosesi ərzində azadlıqda qalacaq. Lakin o prokurorun hakimiyyətin təzyiqi ilə qərardan protest verəcəyini gözləyir. Və hesab edir ki, məhkəmə bu protesti təmin


Oxunma sayı: 4147

Oxşar yazılar