Tokioda vulkan püskürməsi təhlükəsi var

  • 17:25 - 19 May

Yapon mütəxəssisləri Tokiodan 80 kilometr qərbdə yerləşən Hakone ərazisində vulkanın aktivliyini qeyd ediblər. 

Trend-in məlumatına görə, püskürmə təhlükəsinin səviyyəsi beş ballıq şkala üzrə birinci şkaladan ikinciyədək artıb. 

Gecə orada 45-ə yaxın kiçik vulkanik zəlzələ baş verib. 

Hakonenin əsas turistik yerlərindən olan "Ovakudani" vadisindən 1 kilometr radiusda, dağ yollarında avtomobilin hərəkəti dayandırılıb.
 


Oxunma sayı: 6490

Oxşar yazılar