Şamaxıda ağır qəza: Yaralılar var

  • 17:05 - 19 May

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5654

Oxşar yazılar