Vladimir Zelenskinin andiçmə mərasimində 60 ölkənin rəsmiləri iştirak edəcək

  • 19 May - 2019

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və nazirləri iştirak edəcək. 

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Yekaterina Zelenko məlumat verib. Onun sözlərinə görə, andiçmə mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstanın prezidentləti, Türkiyənin vitse-prezidenti, Moldovanın Baş naziri, Belarus, Rumıniya, Slovakiya, Bolqarıstanın Baş nazirlərinin müavinləri, ABŞ-ın enerji, Kanadanın müdafiə, Fransanın Avropa məsələləri üzrə nazirləri, Polşanın xarici işlər naziri iştirak edəcək. 

Bundan başqa 40 ölkənin yüksək hökumət nümayəndələrinin iştirakı təsdiqlənib. 

Qeyd edək ki, Zelenskinin andiçmə mərasimi mayın 20-də səhər saat 10:00-da Ukrayna Ali Radasında başlayacaq.


Oxşar yazılar