Ərdoğan: "Ərdoğan, AKP, hökumət yerindədi"

  • 13:44 - 19 May

Biz 23 iyunda bələdiyyə seçkilərinə gedirik, hökumət dəyişikliyinə yox.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, təkcə İstanbulda keçiriləcək bələdiyyə seçkilərinin çox şişirdilməməsinin gərəkdiyini söyləyib:

“Son dövrlərdə seçim ərəfəsində Qərb ölkəmizə məzənnə, faiz, inflyasiya vasitəsilə çox ciddi təzyiqlər göstərməyə, bizi küncə sıxışdırmağa çalışdı. Bu seçimi xeyirlisi ilə başa vursaq, onların bütün oyunları pozulacaq. Biz hazırda 23 iyunda keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırıq. Bu, hökumət, kabinet, baş nazir seçkisi deyil. Amma Qərb, dünya bunu sanki Ərdoğan gedəcək, yerinə başqası gələcəkmiş kimi qələmə verir. Belə bir şey yoxdur. Ərdoğan, AKP, hökumət yerindədir”.


Oxunma sayı: 4664

Oxşar yazılar