Hondurasda təyyarə qəzaya uğrayıb, ölənlər var

  • 13:05 - 19 May

Hondurasın Roatan adası sahillərində təyyarə qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, təyyarə hava qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Qəza nəticəsində pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Onlardan 5-i turistdir.

Ölkənin silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada ölənlərin 4-ü ABŞ vətəndaşıdır. Bəzi mənbələrsə qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.

Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.


Oxunma sayı: 4158

Oxşar yazılar