Türk qırıcıları İraqın şimalını bombaladı - sığınacaqlar və silah-sursat anbarları məhv edilib

  • 12:45 - 19 May

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, zərbələr İraqın şimalında yerləşən Metina rayonuna endirilib. 

Zərbələr nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.


Oxunma sayı: 5874

Oxşar yazılar