Fransada “sarı jiletlər” etiraz aksiyasının 27-ci aktına 15 mindən çox nümayişçi qatılıb

  • 11:45 - 19 May

Fransada “Sarı jiletlər” etiraz aksiyasının 27-ci aktında Daxili İşlər Nazirliyinin hesablamasına görə 15 500, “sarı jiletlər”in hesablamasına görə isə 40 mindən çox nümayişçi olub. 
 

Parisdə 1600 nümayişçi olduğu bildirilir. “Sarı jiletlər” etiraz nümayişinin 27-ci aktının episentri Nansi və Reyms şəhərləri olub. Polis və nümayişçilər arasında qarşıdurmada, gözyaşardıcı qazdan və polis dəyənəyindən istifadə olunub.


Oxunma sayı: 4532

Oxşar yazılar