Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək

  • 23:00 - 18 May

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq. 

Parlamentin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara kömək göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovoda vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq. 

Sabir Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.


Oxunma sayı: 4037

Oxşar yazılar