Tovuzda avtomobil azyaşlını vuraraq öldürüb

  • 22:30 - 18 May

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Ağdam kəndində qeydə alınıb.

Ağdam rayon sakini, 1987-ci il təvəllüdlü Elman Azad oğlu Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən piyada, Ağdam rayon sakini, 2013-cü ildə təvəllüdlü Avaz Vəkil oğlu Məmmədovu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılıb. Lakin yaralının artıq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

 

 

report


Oxunma sayı: 3443

Oxşar yazılar