Bakıda ticarət mərkəzində yanğın olub, xəsarət alanlar var

  • 22:00 - 18 May

Bakıda ticarət mərkəzində yanğın olub.

Hadisə Xəzər rayonunun Zagulba qəsəbəsiərazisində fəaliyyət göstərən "Zagulba Mall"da, "Favorit" marketin zirzəmisindəbaş verib. 

Hadisə yerinə 7 təcili yardım briqadası cəlb edilib. Yanğın zamanı bir neçə nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 3-ü qadın, 1-i kişidir. Xəsarət alan qadınlardan biri qıcolma əlaməti ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yanğın zamanı zərər çəkmiş bir neçə nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.


Oxunma sayı: 4433

Oxşar yazılar