“ExxonMobil” İraqdakı neft yatağından əməkdaşlarını təxliyyə edib

  • 19:20 - 18 May

ABŞ-ın “ExxonMobil” şirkəti Bəsrədəki (İraq) “Qərbi Kurna-1” yatağında çalışan bütün əcnəbi əməkdaşlarını təxliyyə edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, əməkdaşların bir qismi cümə günü, digər qismi isə bu gün səhər təxliyyə edilib. Bəzi işçilərin Dubaya göndərildiyi bildirilir.

Məlumata görə, xarici əməkdaşların təxliyyəsi yataqda neft hasilatına təsir etməyib.

Qeyd edək ki, mayın 15-də Dövlət Departamenti fövqəladə vəziyyətlə əlaqədar olmayan bütün dövlət qulluqçularının Bağdaddakı səfirlikdən və Ərbildəki konsulluqdan çıxarılması barədə göstəriş verib. ABŞ həmçinin terror, insan oğurluğu və silahlı münaqişələr ilə əlaqəli regiondakı təhdidlər səbəbindən vətəndaşlarını İraqa səfər etməməyə çağırıb.

 

 

report


Oxunma sayı: 11209

Oxşar yazılar