ABŞ Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə xəbərdarlıq edib

  • 18:40 - 18 May

Amerika hakimiyyəti ABŞ və İran arasında gərginliyi artması səbəbindən Fars körfəzi üzərindən uçuşların təhlükəli olması barədə kommersiya aviadaşıyıcılarını xəbərdar edib.

Amerikalı diplomatların ABŞ Federal Aviasiya İdarəsinə təqdim etdiyi xəbərdarlıqda regiondakı hazırkı gərginliyin kommersiya aviadaşıyıcılarının təhlükəsizliyini təhdid etdiyi bildirilir.

Bir qədər əvvəl “Lloyd's of London” sığorta kompaniyası da regionda dəniz daşımaları üçün risklərin artdığı barədə xəbərdarlıq yaymışdı.

Xəbərdarlıq təxminən 30 il bundan öncə İrana məxsus sərnişin təyyarəsi ilə bağlı baş verən insidentin təkrarlanmaması üçün edilir. Belə ki, 1988-ci il iyulun 3-də Tehran – Bəndər-Abbas – Dubay marşrutu üzrə uçuş həyata keçirən “Iran Air” aviakompaniyasına məxsus sərnişin təyyarəsi ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən vurulmuşdu. Faciə nəticəsində 290 nəfər həlak olmuşdu. ABŞ hökuməti sərnişin təyyarəsinin qırıcı təyyarə ilə səhv saldıqlarını iddia etmişdi


Oxunma sayı: 5049

Oxşar yazılar