Boris Conson Britaniyanın Baş naziri postuna əsas namizəddir

  • 14:10 - 18 May

Birləşmiş Krallığın hazırkı hökumət başçısı Tereza Meyin istefasından sonra ölkənin sabiq xarici işlər naziri Boris Conson baş nazir postuna əsas namizəddir.

 “The Times” qəzeti bu barədə məlumatı “YouGov” sosioloji xidmətinin Böyük Britaniyanın hakim Mühafizəkarlar partiyasının üzvləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən yayıb.

Sorğuda iştirak edənlərin 39 faizi Xarici İşlər Nazirliyinin sabiq rəhbərini dəstəkləyib. Populyarlığına görə ikinci yerdə qərarlaşan “Brexit” məsələləri üzrə sabiq nazir Dominik Raab Boris Consondan xeyli geri qalır. Siyahıda üçüncü yeri hər biri doqquz faiz dəstək qazanan Böyük Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri Maykl Qouv və daxili işlər nazi Sacid Cavid bölüşür. Onları respondentlərin səkkiz faizinin etimadını qazanan hazırkı xarici işlər naziri Ceremi Hant izləyir.

Mayın 16-da Böyük Britaniyanın sabiq xarici işlər naziri və Londonun sabiq meri Boris Conson Tereza Meyin istefasından sonra Mühafizəkar partiyasının lideri və müvafiq olaraq ölkənin baş naziri postları uğrunda mübarizə aparacağını bildirib.

Birləşmiş Krallığın hazırkı Baş naziri Tereza Mey bir müddət əvvəl bəyan etmişdi ki, parlament Brexit şərtləri barədə saziş layihəsini qəbul etdikdən sonra istefa verəcək.


Oxunma sayı: 7172

Oxşar yazılar