Türklərin vətənini işğaldan azad edəcəyik – Zelenski

  • 13:41 - 18 May

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Ukraynanın Krımı qaytaracağına əmin olduğunu bildirib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində Krım tatarlarının soyqırım anım günü ilə bağlı yaydığı müraciətdə danışıb.

“İnanıram ki, Krım tatarlarını işğaldan azad edəcəyik. Qoy, bu yol nə qədər uzun olsa da, biz onu krımlılarla birgə keçəcəyik. Biz bunu birgə edəcəyik. Yaddan çıxarmayın ki, ən qaranlıq gecə belə sübhlə başa çatır” – Zelenski səhifəsində yazıb.

Yeni seçilmiş prezident Krımın Rusiyaya qaytarılmasının yalnız Rusiyada baş verəcək hakimiyyət dəyişikliyindən sonra mümkün olacağını demişdi. Lakin Krımı necə qaytaracağını bilmədiyini etiraf etmişdi.


Oxunma sayı: 12265

Oxşar yazılar