İranda tayfa davası - 3 nəfər öldü

  • 13:29 - 18 May

İranın qərbində yerləşən Lorestan vilayətinin Xürrəmabad rayonunda tayfa daxilində qarşıdurma baş verib.

Avropa.info Trend-ə istinadən bildirir ki, insident nəticəsində 3 nəfər ölüb.

Hadisə barədə açıqlama verən İranın Lorestan vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Rza Şiravəjən qarşıdurma zamanı daha 3 nəfərin isə yaralandığını qeyd edib.

R.Şiravəjən əlavə edib ki, ötən gün baş verən hadisə ilə əlaqədar 30 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 7348

Oxşar yazılar