"Mxitaryan Bakıda oynamaq hüququna malikdir" – Elxan Məmmədov

  • 11:37 - 18 May

AFFA-nın baş katibi Elxan Məmmədov "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçına gəlməsində problem olmadığını deyib.

Avropa.info sportal.az-a istinadən xəbər verir ki, 39 yaşlı funksioner bunun üçün UEFA-ya zəmanət verdiklərini deyib:

"Hökumətimiz Mxitaryanın Bakıya gəlməsiylə bağlı UEFA-ya zəmanət verib. Bu səbəbdən də təhlükəsizliklə bağlı problem yoxdur. Bu məsələnin mətbuatda, ictimaiyyətdə, xüsusilə də İngiltərədə belə müzakirə edilməsinə təəccüblənirik. "Arsenal" rəsmiləri Bakıya səfər ediblər, onlarla müzakirələrimiz olub. Ötən il "Arsenal"ın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi oyunda da Mxitaryanın təhlükəsizliyi üçün təminat verilmişdi. Ancaq baş məşqçi zədə və ya başqa səbəbdən onu Azərbaycana gətirmədi. Henrix Mxitaryanın Bakıya səfər etməsi üçün heç bir problem olmayacaq. Son 10 ildə erməni idmançılar Bakıya problemsiz gəliblər. İdman siyasətdən uzaqdır, tamamilə ayrıdır. Ona görə də Mxitaryan finalda oynamaq hüququna malikdir".

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.


Oxunma sayı: 12892

Oxşar yazılar