Azərbaycan əhalisi dörd ayda 17 milyard manatdan çox gəlir əldə edib

  • 11:34 - 18 May

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,5 faiz artaraq 17 milyard 072,0 milyon manat təşkil edib.

Avropa.info Trend-ə istinadən bildirir ki, əhalinin hər nəfərinə düşən gəlirlər 1729,0 manat olub.

Məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 15 milyard 660,9 milyon manatlıq vəsait qalıb.


Oxunma sayı: 5973

Oxşar yazılar