Əsəd rejiminin təyyarələri iftar vaxtı bomba yağdırdı – Ölü və yaralılar var

  • 11:05 - 18 May

Suriyada Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri İdlib atəşkəs zonası sərhədləri daxilində yerləşən Marratinnuman rayonunda iftar vaxtı hücum təşkil edib.

Avropa.info xəbər verir ki, “Ağ dəbilqəlilər” mülki müdafiə mənbələrinin verdiyi məlumata görə, Marratinnuman rayonunda 2, Kəffəruma mahlında 1 olmaqla ümumilikdə 3 mülki şəxs həyatını itirib, 8 sakin yaralanıb.

25 apreldən bu yana gedən döyüşlərdə 148 mülki şəxs həyatını itirib, 395-dən çox adam yaralanıb.


Oxunma sayı: 4411

Oxşar yazılar