Belçika vağzalları tranzit miqrantlardan təmizlənib

  • 21:12 - 17 May

Belçikanın hüquq mühafizə orqanları Brüssel sakinlərinin çoxsaylı şikayətlərindən sonra şəhərin bütün vağzallarını tranzit miqrantlardan təmizləyiblər.

Şimal vağzalında polis reydinin şahidi olan AZƏRTAC-ın müxbiri xəbər verir ki, hazırda dəmir yolu vağzalları tranzit miqrantlardan azaddır.

Belçikada qeyri-leqal olan tranzit miqrantlar bu ölkədən sığınacaq almaqda maraqlı deyillər. Onlar Böyük Britaniyaya getmək istəyirlər və bu yolda Belçikanın nəqliyyat qovşaqlarından dayanacaq kimi istifadə edirlər.

Uzun aylar ərzində ilk dəfədir ki, Brüsselin dəmir yolu vağzallarında yerdə yatan adamlar yoxdur. Bu gün tranzit miqrantlar Brüssel və ətraf bölgələrdəki qaçqınları qəbul mərkəzlərinə gətiriliblər.


Oxunma sayı: 5005

Oxşar yazılar