İspaniyada əlavə 125.000 tibb işçisinə ehtiyac var

  • 17 May - 2019

İspaniyada əhalinin hər 1000 nəfərinə düşən tibb bacılarının sayı Avropa İttifaqı üzrə orta göstəricidən 38 faiz azdır.

 İspaniya Avropa İttifaqında əhalinin hər 1000 nəfərinə düşən tibb bacılarının sayı göstəricisi üzrə sonuncu yerləri tutan beş ölkədən biridir. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, İspaniya səhiyyə sistemində hər 1000 sakinə orta hesabla 5,32 tibb bacısı düşür. Bolqarıstanda da eyni vəziyyət yaranıb. Bu göstərici üzrə İspaniya yalınız Latviyadan (4,90), Kiprdən (4,12) və Yunanıstandan (3,41) irəlidədir.

Orta tibbi heyət məsələləri üzrə Baş Şura tərəfindən təqdim edilmiş hesabata görə, İspaniyanın səhiyyə sistemində 125.000 tibb bacısına ehtiyac var.

Baş Şuranın məlumatına görə, tibb bacısı peşəsi İspaniyada böhrandan ən çox zərər çəkmiş peşələrdən biridir. Buna baxmayaraq, tibb bacılarının məşğulluq səviyyəsi artıq bərpa olunub. Bu mütəxəssislərin əsas problemlərindən biri də ondan ibarətdir ki, onlar iş prosesində təcavüz halları ilə üzləşirlər. Hesabatda göstərilir ki, 2018-ci ildə tibb bacılarına 1543 dəfə hücum edilib, bu hücumların 25 faizi fiziki xarakter daşıyıb.


Oxşar yazılar