Avropa İttifaqı İspaniyanın 509 kiçik şəhərinə pulsuz internet hədiyyə edəcək

  • 20:20 - 17 May

Avropa İttifaqı İspaniyanın 509 kiçik şəhərində pulsuz “WiFi” xidmətinin təşkilinə vəsait ayırır. 

Bu kiçik bələdiyyələrin hərəsi 15 min avro alacaq. Vəsait avadanlığın quraşdırılmasına və ona xidmət göstərilməsinə sərf olunacaq. Pulsuz “WiFi” şəbəkəsi şəhər parklarını, xəstəxanaları, kitabxanaları, bulvarları və digər ictimai yerləri əhatə edəcək.


Oxunma sayı: 6776

Oxşar yazılar