“Raketlərimiz ABŞ gəmilərini asanlıqla vura bilər” – SEPAH komandiri

  • 17:39 - 17 May

Hüquq və parlament işlərinə görə məsuliyyət daşıyan SEPAH komandiri Məhəmməd Saleh Cokar İranın istehsal etdiyi raketlərin Fars körfəzində ABŞ-ın döyüş gəmilərini vura biləcəyini deyib.

Avropa.info xəbər verir ki, iranlı komandir ABŞ-a məxsus döyüş gəmilərinin regionda cəmləşməsi ilə bağlı bu sözləri deyib:

“Qısa mənzilli raketlərimiz asan şəkildə Fars körfəzindəki gəmilərə çata bilir. Raketlərimiz 2 min km məsafədə olan hər hədəfi vura bilir”.

SEPAH komandiri ABŞ-ın İranla müharibəyə başlamayacağını da deyib:

“Dünya enerjisinin 60%-dən çoxu Qərbi Asiyadan əldə edilir. Regionda müharibə başlayarsa, dünyada enerji tədarükü kəsilər. ABŞ iqtisadiyyatı yeni müharibəni maliyyələşdirəcək gücdə deyil”.


Oxunma sayı: 5379

Oxşar yazılar