Aprelin 7-də keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

  • 17:40 - 17 May

Dövlət İmtahan Mərkəzi aprelin 7-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. DİM-dən Avropa.info-ya verilən məlumata görə, imtahanlarda iştirak etmiş şəxslər DİM-in internet saytında imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində mayın 30-31-i və iyunun 3-5-i tarixlərində Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.


Oxunma sayı: 4257

Oxşar yazılar