Bakıda qadının çantasını oğurladılar

  • 17:14 - 17 May

Qadının çantasından oğurluq edən şəxslər “isti izlər”lə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya  məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşları tərəfindən keçirilib.

Şöbəyə müraciət edən Bakı şəhər sakini C.Sultanova mayın 16-da çantasından içərisində 120 manat və şəxsiyyət vəsiqəsi olan pulqabısının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. Şöbə əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Onların Bakı şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş Nizami Əkbərzadə və Mingəçevir şəhər sakini əvvəllər oğurluğa görə məhkum olunmuş Emil Məmmədov olduqları müəyyən edilmişdir.

29-cu Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 8525

Oxşar yazılar