Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq - Final oyunu ilə bağlı

  • 16:32 - 17 May

Bakı Metropoliteninin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.

Avropa.info xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat yayıb.

Onun sözlərinə görə, həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub:

"Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək. May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda üzərində könüllülər əcnəbilərə bələdçilik edəcək".


Oxunma sayı: 3949

Oxşar yazılar