Ukraynanın xarici işlər naziri istefa verdi

  • 16:30 - 17 May

Ukrayna xarici işlər naziri Pavel Klimkin istefa verdiyini bəyan edib.

Avropa.info xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsindəki videomüraciət zamanı danışıb.

“Söz verdiyim kimi elə indicə istefa ərizəmi yazdım. Ukraynalıların bizdən nə istədiyini başa düşürəm, həmçinin dünyanın bizdən nə gözlədiyini başa düşürəm. Çoxlu fərqli ideyalarım var, onları reallaşdırmağa ümid edirəm. Bu səbəbdən irəli siyasətə doğru gedirəm. Ali Radaya eyni prinsipləri bölüşdüyüm komandamla gedirəm” – Klimkin belə deyib.


Oxunma sayı: 5610

Oxşar yazılar