“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək

  • 16:20 - 17 May

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti eşitmə məhdudiyyətli gənclər arasında keçirilənfutzal üzrə ənənəvi “Yaz turniri”nə növbəti dəfə dəstək göstərib. 

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman sarayında keçirilmiş futzal turnirində “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları mübarizə aparıb. 

Turnirin nəticəsi olaraq, “Azəri” komandası birinci, “Şimşək” komandası ikinci, “Zirvə” komandası isə üçüncü yeri tutub. “Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, “Şimşək”dən Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub.

Özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərməyə və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirməyə davam edəcək. 


Oxunma sayı: 7029

Oxşar yazılar