Əsəd rejiminin bombalarından qaçan əhali zeytunluqlara sığındı - Foto

  • 15:18 - 17 May

Suriyanın şimalında müxaliflərin nəzarətində olan İdlibdə Əsəd rejiminin bombardmanından qaçan mülki şəxslər Türkiyə sərhədi yaxınlığında yerləşən zeytun bağlarına sığınmağa məcbur qalıblar.

Avropa.info xəbər verir ki, “Reuters” agentliyi Türkiyə sərhədinə qaçan mülki şəxslərin qədər ərzaq və suyunun çatşmadığını, getməyə başqa yerləri olmadığını yazıb.

“Evimiz gecə uşaqlarımın və nəvələrimin üstünə aşdı. Allaha şükür qəzanın altından çıxa bildik” – 70 yaşlı Əzizə belə deyib.

İdlibdən qaçan şəxslərin sayının 180 min nəfərə çatdığı bildirilir. BMT katibi Najat Roçdi Suriya ordusunun 18 səhiyyə məntəqəsini vurduğunu bildirib, bombardmanlar nəticəsində 16 məktəb məhv olub.

Bombardmanlara daha çox Türkiyə ilə Rusiyanın əldə etdiyi razılıq nəticəsində yaradılan bufer zonaya endirilib.


Oxunma sayı: 6380

Oxşar yazılar