2018-ci ildə Tramp neçə yüz milyon dollar qazanıb? – “Bloomberg” açıqladı

  • 14:49 - 17 May

2018-ci ildə ABŞ prezidenti Donald Trampın gəlirləri 421 milyon nəfər təşkil edib.

Avropa.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ prezidentinin gəlirlər rəsmi sənədlərdə təxmini göstərilib. Bu üzdən fərqli nəşrlərdə fərqli gəlir göstərilib. CNBC və CNN telekanallarının hesablamasına görə, Tramp keçən il 434 milyon dollar qazanıb.

Tramp əsas gəlirini daşınmaz əmlakdan qazanıb. Floridada yerləşən Mar-a-Laqo kurortu 23 milyon dollar qazanıb. Vaşinqtonda yerləşən “Trump International” oteli 41 milyon, Mayamidə yerləşən “Trump National Doral” qolf-kurortu isə 76 milyon dollar gəlir gətirib.

2017-ci ildə isə Tramp 452 milyon dollar qazanmışdı.


Oxunma sayı: 9933

Oxşar yazılar