Hesablama Palatasının bu səlahiyyəti ləğv edildi

  • 14:33 - 17 May

Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib.

Bununla bağlı "Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə əsasən, qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək. Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilib.

Qanun layihəsinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

(ONA)


Oxunma sayı: 4378

Oxşar yazılar