Dövlət Sığorta Şirkətinin fəaliyyəti məhdudlaşdırıldı

  • 14:25 - 17 May

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə Azərbaycan Dövlət Sığorta Şirkətinin ("Azərsığorta”) fəaliyyəti məhdudlaşdırılıb.

Avropa.info xəbər verir ki, məhdudiyyət icbari sığorta növlərinə tətbiq edilib.

Palatanın açıqlamasında bildirilir:

"Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin ("Azərsığorta") "Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” üzrə bağladığı müqavilələrin Mülki Məcəlləyə, "Sığorta fəaliyyəti haqqında” və "İcbari sığortalar haqqında” qanunlara uyğun olmaması ilə şirkətə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə sözügedən sığorta növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə "Azərsığorta"ya sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi nöqsanlar aradan qaldırılana qədər məhdudlaşdırılıb".


Oxunma sayı: 3751

Oxşar yazılar