Fars körfəzində vəziyyət gərginləşir - ABŞ daha iki raket gəmisi göndərdi

  • 14:22 - 17 May

ABŞ hərbi donanmasına məxsus raket gəmiləri USS “Gonzales” (DDG-66) və USS “McFaul” (DDG-74) dünən axşam vaxtı Hörmüz boğazını keçib.

Avropa.info xəbər verir ki, ABŞ Dəniz Qüvvələri İnstitutunun Pentaqona istinadən yaydığı xəbərdə döyüş gəmilərinin hər hansı çətinlik baş vermədən və İran hərbi qüvvələrinin təzyiqinə məruz qalmadan problemsiz irəlilədiyi qeyd olunur. 

Raket gəmiləri ABŞ tərəfindən regiona göndərilən hərbi gəmilərlə yanaşı yer alıb.

Daha əvvəl ABŞ Fars körfəzinə USS “Abraham Lincoln” (CVN-72) təyyarədaşıyan gəmisi və BƏƏ-də lövbər salan USS “Kearsarge” (LHD-3) amfibiya hücumu əleyhinə gəmisini göndərmişdi.


Oxunma sayı: 6226

Oxşar yazılar