Türkiyə gömrüyündə Azərbaycana məxsus yanacaq tankeri partladı

  • 17 May - 2019

Türkiyənin Iğdır vilayətində Dilucu Gömrük İdarəsində yanğın baş verib.

Avropa.info xəbər verir ki, məlumata görə gömrük idarəsi ərazisində gözləyən Azərbaycan dövlət nişanlı yanacaq tankeri alışıb. Tankerin yanacaq bakının partalması nəticəsində ətrafa səpələnən şrapnel parçaları gömrük məmurlarına dəyib. Adı açıqlanmayan gömrük mühafizəsi məmuru Aralıq Dövlət Xəstəxanasına çatdırılıb. 

Alovun az müddət ərzində yayılması üzündən təhlükəsizlik tədbirləri alınaraq ərazi boşaldılıb. Hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib. Yanğın nəzarətə götürülüb. Hadisə ilə bağlı istintaq aparılır.


Oxunma sayı: 275

Oxşar yazılar