Adnan Oktarın son görüntüləri ortaya çıxdı

  • 10:56 - 17 May

İstanbulda həyata keçirilən əməliyyatda həbs olunan Adnan Oktarın həbsxanadakı görüntüləri ortaya çıxıb.

Avropa.info xəbər verir ki, Adnan Oktarın ağaran saçlarını qara rəngə boyaması diqqətdən yayınmayıb. Ədirnədə F tipli qapalı həbsxanada bir nəfərlik kamerada saxlanılan Adnan Oktarın həbsxanadan çəkilən ilk fotosunda arıqladığı və saçlarının ağardığı görünürdü.

Yeni fotosunda əvvəlki görüntüsündən heç nə qalmayıb. Ağarmış saçlarını qara rəngə boyayan Oktar kökəlib.

30-da çox cinayətdə ittiham olunan Oktara irəli sürülən ittihamlar arasında cinayət şəbəkəsi yaratmaq, uşaqların cinsi istismarı, cinsi təcavüz, azyaşlılarla cinsi əlaqə, uşaq oğurluğu, şantaj, insan azadlığını məhdudlaşdırmaq, siyasi və hərbi kəşfiyyat dini inanc və hisslərin istismarı kimi maddələr var.


Oxunma sayı: 5918

Oxşar yazılar