Çexlər Azərbaycanda silah istehsal etmək istəyirlər

  • 23:33 - 16 May

Çexiya Azərbaycanda müxtəlif layihələrin maliyyələşdirilməsi, həmçinin müdafiə sənayesi məhsullarının istehsalını təşkilində maraqlıdır. Bunu “İnterfaks-Azərbaycan”a Çexiya Deputatlar Palatasının sədri Radek Vondraçek deyib.

“Çexiya bankları iri maliyyə vəsaitinə malikdirlər və onları yatırmağa hazırdırlar. Azərbaycanın çox yaxşı nüfuza malikdir, niyə istehsal burada təşkil olunmasın”, - R.Vondraçek bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən Bakı və Praqa Azərbaycanda müdafiə sənayesi məhsullarının istehsalının təşkilinə dair danışıqlar aparır. “Düşünürəm ki, hərəkətə keçməyin zamanı çatıb”, - R.Vondraçek qeyd edib.

O məlumat verib ki, xüsusilə hazırda «Ceska Zbrojovka» xaricdə layihələr həyata keçirir, Azərbaycanda da istehsal təşkil edə bilərdi. “İstehsal olunan məhsullar həm yerli, həm də regional bazar üçün nəzərdə tutulur”, - R.Vondraçek vurğulayıb.


Oxunma sayı: 9064

Oxşar yazılar