Şanxayda bina çökdü: 7 ölü

  • 22:40 - 16 May

Çinin Şanxay şəhərində binanın çökməsi nəticəsində azı 7 nəfər həlak olub.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, hadisə gündüz saatlarında Çannin rayonunda “Mersedes-Benz” kompaniyasının təmir işləri aparılan diller mərkəzində baş verib. Ümumi sahəsi 3 min kvadratmetr olan binanın təxminən min kvadratmetri çöküb. Hadisə nəticəsində çox sayda insan dağıntıların altında qalıb.

“Yerli vaxtla saat 18:10-a olan məlumata əsasən xilasedicilər 21 nəfəri dağıntıların altından çıxarıb, həkimlərin səylərinə baxmayaraq, onlardan 7-nin həyatını xilas etmək mümkün olmayıb”, - deyə Şanxay hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir.

Dağıntıların altında hələ iki nəfərin qaldığı bildirilir. Xilasetmə işləri davam edir.


Oxunma sayı: 5346

Oxşar yazılar