ABŞ-ın neft ehtiyatları artır

  • 22:22 - 16 May

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 5,4 milyon barrel (1,2 faiz) artaraq 472 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə 1,8 milyon barrel azalaraq 646 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 1,1 milyon barrel (0,5 faiz) azalaraq 225 milyon barrel olub. Bazar proqnozları ehtiyatların da geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 0,6 milyon barrel azalmışdı.


Oxunma sayı: 5588

Oxşar yazılar