Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb

  • 16 May - 2019

Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb. 

Avropa.info report-a istinadən xəbər verir ki, mayın 16-da səhər saatlarında yolu qarşı tərəfə keçmək istəyən gənc qadını avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Oxunma sayı: 110

Oxşar yazılar