Merkel siyasətdən getmək qərarı verdi

  • 16 May - 2019

Almaniya kansleri Angela Merkel nazirlər kabinetində fəaliyyət müddətinin başa çatacağı 2021-ci ildən sonra siyasi vəzifələr tutmaq istəmədiyini deyib.

Avropa.info xəbər verir ki, Merkelin Avropa İttifaqını strukturlarında vəzifə tutacağı ilə bağlı müzakirələr “Suddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədən sonra başlamışdı. Merkel müsahibəsində Avropanın taleyi ilə bağlı məsuliyyət hissi keçirdiyini demişdi.

Şərhçilər onun bu sözlərini Merkelin Brüsseldə vəzifə tutmaq niyyəti kimi şərh etmişdilər.


Oxunma sayı: 396

Oxşar yazılar