Nazarbayev “birinci prezident” statusundan imtina etdi

  • 16 May - 2019

Nursultan Nazarbayev Qazaxıstanın "birinci prezident"i statusunun verilməsi ilə əlaqədar "narahatlıq yaratmaq" istəmir.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, bunu Nazarbayev XII Astana İqtisadi Forumunda etdiyi çıxışda bildirib.

"Mən narahatlığa səbəb oluram. "Birinci prezident", sonra prezident deməli olursunuz. Ancaq Qazaxıstanda belə ikitərəflilik olmayacaq. Bir prezident var, başçı odur", - "Sputnik-Qazaxıstan" N.Nazarbayevdən sitat gətirib.

Nursultan Nazarbayevin sözlərinə görə, o, qarşıdakı seçkilərdə öz namizədliyini irəli sürə bilərdi, lakin yeni nəsil siyasətçilərə ehtiyac olduğunu düşündüyündən, bu fikrindən daşınıb.

"Növbəti rəhbərliyin tapşırığı - bütün proqramları davam etdirməkdir. "Qazaxıstan-2050" proqramına görə, biz ən inkişaf etmiş ölkələrin otuzluğuna düşməliyik, bu istiqamətdə işlər davam edir", - deyə birinci prezident bildirib.


Oxşar yazılar