PKK, FETÖ, CHP ABŞ-da birgə toplantı keçirdi - Əkrəm İmamoğluna dəstək açıqlamaları

  • 16 May - 2019

Gəzi parkı hadisələrinə lobbiçilik edən Nyu-Yorkda yerləşən Türkiyə Araşdırmalar İnstitutu ABŞ-da Türkiyə əleyhinə tədbirlər keçirməyə davam edir.

Avropa.info xəbər verir ki, institut ABŞ-da Türkiyəyə qarşı qurulan məhkəmə işində FETÖ-nün kuryerliyini edən sabiq CHP millət vəkili Aykan Ərdemir və HDP-nin ABŞ nümayəndəsi Giran Özcanı keçirdiyi panelə çıxışçı kimi dəvət edib. CHP millət vəkili Sezgin Tanrıkulunun da “Skype” vasitəsilə iştirak etdiyi paneldə terror təşkilatı təbliğatına görə mühakimə olunan Cem Özatalayla xəyanət bəyanatını imzalayan Aişə Bingöl Dəmir, Çad Kautser və Sara Klark da iştirak edib.

Tədbir üçün hazırlanan afişada CHP-nin İstanbul bələdiyyəsi sədrliyinə namizədi Əkrəm İmamoğlunun “Hər şey gözəl olacaq” şüarının yazılması diqqət çəkib.

“Sabah” qəzetinin yazdığına görə, paneldə çıxış edən dosent doktor Cem Özatalay İstanbul məhkəməsində “Terror təşkilatı təbliğatı” ittihamı ilə mühakimə olunub.

Paneldən iştirak edən amerikalı doktor Çad Kautzer isə Türkiyəni soyqırımda ittiham edən və terror təşkilatlarına dəstək verən bəyanatları imzalayan elmi işçilərin ABŞ-dakı mətbuat katibi rolunu yerinə yetirir. Çad Kautzer xəyanət bəyanatını imzalayan elmi işçilər üçün xeyli sayda tədbir təşkil edib.

Sara Klark isə terror təşkilatlarına verdikləri dəstəyə görə, xaric edilən elmi işçilərə yaxınlığı ilə tanınır. Gəzi hadisələrini maliyyələşdirən Osman Kavala üçün də Qərbdə başladılan kampaniyaların qızğın tərəfdarı kimi məlumdur.

KCK, DHKP-C və FETÖ kimi terror təşkilatlarını insan haqları maskası ilə legitimləşdirən tədbirlər keçirməsi ilə tanınan Türkiyə Araşdırmalar İnstitutu tərəfindən keçirilən paneldə bələdiyyə seçkisi və xəyanət bəyanatını imzalayan elmi işçilərin vəziyyətindən bəhs edilib. Panel iştirakçıları İstanbul bələdiyyəsi sədrliyinə namizəd Əkrəm İmamoğluya dəstək verərkən, Cumhur İttifaqı seçki blokunu da tənqid ediblər.


Oxşar yazılar