Ölkə başçısından Norveç Kralına təbrik

  • 16:58 - 16 May

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Norveçin Kralı Əlahəzrət V Haralda təbrik məktubu ünvanlayıb.

Avropa.info-nun xəbərinə görə, təbrik məktubunda deyilir: 

"Əlahəzrət, 

Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram. 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim sülh və firavanlıq arzulayıram".


Oxunma sayı: 4004

Oxşar yazılar