“Daha əvvəl ona qalib gəldim, eyni şeyi yenə edəcəm” - Nyu-York meri Trampa meydan oxudu

  • 16 May - 2019

2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisində namizədliyini irəli sürən Nyu-York meri Bill De Blazio “zorba” adlandırdığı Donald Trampın öhdəsindən necə gələcəyini açıqlayıb.

Avropa.info xəbər verir ki, namizədlik kampaniyası elan etdiyi 3 dəqiqəlik videoda Blazio “Nyu-Yorkda işləyən ailələri ön planda tutduğumuz üçün şəhər daha da gücləndi, bu ölkəmiz üçün də həyata keçirilə bilər” deyib.

Saatbaşı minimum əmək haqqının 15 dollara yüksəldilməsi üçün əmək sərf etdiyini deyən Blazio hüquqi təminat, əhatəli tibbi sığorta, məktəbdən əvvəl təhsillə bağlı gördüyü işləri diqqətə çatdırıb.

“Mən Nyu-Yorkluyam, Trampın zorba olduğunu xeyli müddətdir bilirəm. Bu mənim üçün və başqa biri üçün yeni xəbər deyil, onun öhdəsindən necə gələ biləcəyimi bilirəm. Bir zorbanın qabağından qaçmayın. Onunla üz-üzə gəlin. Donald Tramp dayandırılmalıdır. Daha əvvəl ona qalib gəldim, eyni şeyi yenə edəcəm” - Blazio belə deyib.


Oxunma sayı: 638

Oxşar yazılar