Deputatın oğlu terrorçuluq ittihamı ilə həbs olundu

  • 15:32 - 16 May

Rusiyanın hakim “Vahid Rusiya” partiyasından İnquşetiya məclisinə seçilən deputat Zakri Mamilovun oğlu terrorizmdə ittiham olunaraq həbs olunub.

Avropa.info xəbər verir ki, bu barədə deputat özü məlumat verib. O, Moskva məhkəməsinin qərarından şikayət versə də, oğlunun azad olunmasına nail ola bilməyib. Terror aktı törətməkdə ittiham olunan deputat oğlu barəsində məhkəmə iki aylıq həbs-qətimkan tədbiri seçib. 

Deputat oğlunun Moskvada tikintidə usta işlədiyini, orada ondan başqa xeyli millətin nümayəndəsinin olduğunu, 29 apreldə onun üstündə nə isə qanunla qadağan olunmuş əşya tapıldığını deyib.

İş üzrə bir neçə adam həbs olunub.


Oxunma sayı: 10527

Oxşar yazılar