Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ mitiniqi ilə bağlı müraciətə cavab verdi

  • 15:11 - 16 May

Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də Qarabağ mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə bu gün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib. 

QAT-dan Avopa.info-ya verilən məlumata görə, cavab məktubunda mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib. 

“Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır. Ona görə də mitinqlərlə bağlı müraciətlərimizi davam etdirəcəyik”.


Oxunma sayı: 6820

Oxşar yazılar