Aktyor prezidentdən sonra rok ifaçı siyasi partiya lideri oldu

  • 16 May - 2019

Ukraynanın “Okean Elzı” rok qrupunun lideri Svyatoslav Vakarçuk “Səs” adlı siyasi partiyanın yarandığını bəyan edib.

Avropa.info xəbər verir ki, musiqiçi 2019-cu ilin payızı keçiriləcək parlament seçkilərində iştirak etməyi planlayır. Bu barədə “Ukraynskaya pravda” qəzeti yazıb.

Rokerin sözlərinə görə, partiya oliqarxlar tərəfindən maliyyələşməni rədd edəcək və “köhnə siyasət”i məhv edəcək. Hazırda təşkilat qeydiyyat mərhələsindədir. 

Yazda keçirilən prezident seçkisi ərəfəsində sosioloji mərkəzlər Vakarçukun əhali arasında xeyli dəstəyinin olduğunu açıqlamışdılar. “Reytinq” sosialoji qrupunun mart ayında keçirdiyi sorğuda hərbi beş ukraynalıdan birinin musiqiçini prezidentliyə namizəd kimi görmək istədiyi məlum olmuşdu.

Vakarçuk 2007-ci ildə “Bizim Ukrayna - Xalq özünümüdafiəsi” partiyasından Ali Radaya seçilmişdi. Ancaq bir il sonra deputat mandatından imtina etmişdi.


Oxunma sayı: 407

Oxşar yazılar