Trampın Fələstin planına qarşı çıxan kral hərbi çevrilişin qarşısını son anda alıb - İsrail hərbi kəşfiyyatı zabitindən sensasiyalı açıqlama

  • 16 May - 2019

İsrail-Fələstin münaqişəsinin birdəfəlik həlli ilə bağlı ABŞ prezidenti Tramp tərəfindən hazırlanan və Ramazan ayından sonra açıqlanması gözlənilən “Əsrin müqaviləsi” planına qarşı çıxan İordaniya kralı II Abdulla ona qarşı təşkil olunan hərbi çevrilişin qarşısını son anda alıb.

Avropa.info xəbər verir ki, bu sensasiyalı açıqlama ilə israilli hərbi ekspert Ben Menahim çıxış edib:

“İordaniya kralı II Abdulla son vaxtlar krallığın qeyri-stabil vəziyyətdə olduğunu, İordaniya ordusunun dəstəyinə arxalanmasına baxmayaraq, “Əsrin müqaviləsi”nin elanının müzakirə edildiyi dövrdə saray bəzi təhlükəsizlik əməkdaşı və müşavirin ona qarşı çevriliş cəhdinin ortaya çıxarıldığını və planda iştirak edənlərin vəzifədən azad edildiyinə işarə vurub. Bu hadisədən sonra saray və İordaniya kəşfiyyat xidməti yenidən təşkil olunmağa başladı”.

İsrail Hərbi Kəşfiyyat Xidmətinin sabiq zabiti olan Ben Menahimin Qüds İctimaiyyətlə Əlaqələr İnstitutunda dərc olunan məqaləsində deyilir:

“Kral bəzi veteran generalları pensiyaya göndərməyə qərar vermiş, sarayın bəzi vəzifəli şəxslərinin isə istefasını təqdim etmişdi. Kran etibar etdiyi yeni şəxsləri vəzifəyə təyin edib. Az qala kral II Abdulla küçələri ayağa qaldıraraq öləni xaos və qeyri-stabilliyə sürükləmək istəyənlərin çevrilişinə məruz qalacaqdı”.

Çevrilişi hazırlayanlar kral II Abdulla xaricdə ikən hərbi kəşfiyyatın iştirakı ilə ölkənin aparıcı qəbilələrini ayağa qaldıraraq kral sarayı qarşısında etiraz aksiyaları keçirməyi planlayıblar.

Ben Menahim Haşimi krallığının stabilliyini təhdid edən “Əsrin müqaviləsi” ərəfəsindən İordaniyadakı vəziyyətin qırılma nöqtəsində olduğunu bildirib. Xüsusilə kralın oğlu vəliəhd şahzadə Hüseynə qarşı son aylar qəbilələrin çoxsaylı etirazları müşahidə olunur. 

İsrailli hərbi ekspert Baş Qərargah rəisinin kralın tərəfində olduğunu, ordunun hər cür təhdidə qarşı hazırlıq vəziyyətinə gətirildiyini bildirib.Ben Menahim “Əsrin müqaviləsi”nə qarşı çıxan kralı devirmək istəyən hər kəsin İordaniya ordusunun müqaviməti ilə üz-üzə qalacağını deyib.


Oxunma sayı: 242

Oxşar yazılar