İsveç-Türk Dram Teatrının bədii rəhbəri: “Nəsimi Azərbaycan xalqının ortaq Türk mədəniyyətinə ərmağan etdiyi qüdrətli söz ustadlarındandır”

  • 16 May - 2019

Böyuk Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi çərçivəsində İsveçdə fəaliyyət göstərən “Tumurcuq” Azərbaycan Dram Teatrı "Nəsimi 650" adlı tədbirə hazırlaşır. Bununla bağlı İsveçin Stokholm şəhərində Azərbaycan Dram Teatrının üzvlərinin toplantısı keçirilib. 2019-cu il noyabr ayında Stokholmda Nəsiminin 650 illik yubileyi ilə bağlı böyük tədbir həyata keçiriləcəyi qərara alınıb. “Tumurcuq” Dram Teatrı böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir planın hazırlanıb həyata keçirilməsini təşkilini öz üzərinə götürüb. 

"Tumurcuq" Dram Teatrının bədii rəhbəri və rejissoru Sevinc Nəzərlinin dəvəti ilə Azərbaycan Milli Dram Teatrının rejissoru Əlif Cahangiroğlu və İsveçdə fəaliyyət göstərən bir sıra dərnək sədrləri və üzvləri rəsmi qonaq şəklində iştirak ediblər. Həmçinin İsveçdəki Azərbaycanlilar Konqresinin sədri Emil Mirzəyev öz ürək sözləri ilə toplantıda çıxış edərək “Tumurcuq” Dram teatrına dəstək olacağına söz verib və müştərək layihələr gerçəkləşdirməyin məqsədyönlü olduğunu vurğulayıb. 

Tədbirin həyata keçirilməsi cərçivəsində İsveçdə fəaliyyət göstərən bir sıra dərnəklər də öz təşkilati dəstəyini əsirgəməyəcəklərini və birgə fəaliyyət göstərmək istədiklərini qeyd ediblər. 

Toplantıda iştirak eden İsveç-Türk Dram Teatrının bədii rəhbəri ve rejissoru Burcu Ada Soysop toplatında çıxış edərək böyük şairimiz haqqında fikirlərini bildirib. "Hürufi şair İmaməddin Nəsimi Azərbaycan xalqının ortaq Türk mədəniyyətinə ərmağan etdiyi qüdrətli söz ustadlarındandır və Türk şairi Nəsimi xatırlamaq bizim görəvimizdir”,-deyə B.A.Soysop vurğulayıb. 

Elnur Eltürk


Oxunma sayı: 407

Oxşar yazılar